...

Ərdoğan Yıldırıma medal təqdim etdi

Dünya xəbərləri Materials 13 İyul 2018 14:41 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub.
Ərdoğan Yıldırıma medal təqdim etdi

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub. Trend-in məlumatına görə, medalı B.Yıldırıma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Tükiyə Prezidenti onun Baş nazir işlədiyi dövrdə olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin sədri olduğu müddətdə də dövlətçilik naminə fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, medal B.Yıldırıma təqdim edilərkən o, göz yaşlarına hakim kəsilə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti