...

İstifadəçilər "Instagram"ın işində problemlərlə üzləşdiklərini qeyd edir

Dünya xəbərləri Materials 14 İyul 2018 01:06 (UTC +04:00)
"Instagram" sosial şəbəkəsinin istifadəçiləri tətbiqin işində problemlərlə üzləşiblər.
İstifadəçilər "Instagram"ın işində problemlərlə üzləşdiklərini qeyd edir

Bakı. Trend:

"Instagram" sosial şəbəkəsinin istifadəçiləri tətbiqin işində problemlərlə üzləşiblər.

Trend-in populyar sosial şəbəkələrin işlərini izləyən "Downdetector" servisinin məlumatına istinadən verdiyi xəbərə görə, problemlərlə ABŞ və Avropa istifadəçiləri üzləşib.

Məlumata əsasən, nasazlıq cümə günü baş verib. İstifadəçilərin 55%-i akkauntda xəbər lentinin izlənməsində problemlər yaşayır, 24% - şəbəkənin saytını açmaqda, daha 20% isə akkaunta daxil olmaqda çətinlik çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti