...

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib

Dünya xəbərləri Materials 15 İyul 2018 03:16 (UTC +04:00)
Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən daha təhlükəsiz yerlərə təxliyə edilib
Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib

Bakı. Trend:

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən daha təhlükəsiz yerlərə təxliyə edilib.

Trend-in məlumatına görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi 3,78 metr və 5,92 metrə çatıb. Çaylarda suyun səviyyəsinin artmasına bir neçə gündür davam edən leysan yağışları səbəb olub.

Bundan əlavə, yağışlar regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.

Hökumət çaylarda suyun səviyyəsini aşağı salmaq və daşqınlardan dəyən zərəri azaltmaq məqsədilə bənd işinin təcili rejimə keçməsi barədə göstəriş verib.

Çuntsin şəhərindən əlavə Sıçuan əyaləti və şimal-qərb əyaləti Qansu güclü yağışlara və daşqınlara məruz qalıb. Zərər çəkmiş bölgələrə xilasetmə işlərini yerindəcə əlaqələndirmək məqsədilə xüsusi qruplar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti