...

Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibini təsdiq edib

Dünya xəbərləri Materials 15 İyul 2018 02:18 (UTC +04:00)
Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibini təsdiq edib
Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibini təsdiq edib

Bakı. Trend:

Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibini təsdiq edib.

Trend-in məlumatına görə, baş nazir Mamuka Bahtadzenin yenilənmiş hökümətinin leyhinə 101 deputat, əleyhinə isə 12 deputat səs verib.

Parlamentin spikeri İrakliy Kobahidze bildirib ki, Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibinə etimad göstərib.

Qeyd edək ki, Mamuka Bahtadze iyunun 20-si Gürcüstanın baş naziri olub. Vəzifəyə başladıqdan sonra M.Bahtadze bildirib ki, nazirliklərin sayını 14-dən 11-ə salacaq və bunun üçün qanunvericilik dəyişiklikləri lazımdır. Gürcüstan parlamenti iyulun 5-də nazirliklərin yenidən təşkili və sayının azaldılması ilə əlaqədar qanunvericiliyə düzəlişləri qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti