...

Ərdoğan: Fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm

Dünya xəbərləri Materials 15 İyul 2018 23:26 (UTC +04:00)
Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm.
Ərdoğan: Fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm

İstanbul. Rufiz Hafizoğlu - Trend:

Mən fəxr edirəm ki, türk xalqının nümayəndəsiyəm.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibəti ilə keçirilən tədbir zamanı deyib.

Ölkə prezidenti qeyd edib ki, bu gün ölkənin 81 ölkəsində qeyd olunur: "Bu qələbə bütün Türkiyə millətinin qələbəsidir. Bu gün Moskvada qeyd olunur, bunu təsəvvür edə bilirsiz?".

Ərdoğan həmçinin Türkiyənin terrorizmlə mübarizədə uğurlarını xatırladıb: "Türkiyə "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında 4600 terrorçunu məhv edib".

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti