...

Trampla Putin arasında görüş başladı

Dünya xəbərləri Materials 16 İyul 2018 15:12 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.
Trampla Putin arasında görüş başladı

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Trend-in məlumatına görə, görüş bu dəqiqələrdə Helsinkidə keçirilir.

Qeyd edək ki, iki liderin təkbətək görüşündən sonra geniştərkibli görüş və mətbuat konfransı nəzərdə tutulur.

Prezidentlərin əsasən Suriya və Ukrayna ilə bağlı məsələləri, eləcə də hər iki ölkənin nüvə potensialı ilə bağlı məsələni müzakirə edəcəkləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti