...

Tramp Putinlə görüşdən əvvəl kimə zəng etdi?

Dünya xəbərləri Materials 16 İyul 2018 16:13 (UTC +04:00)
Tramp Putinlə görüşdən əvvəl kimə zəng etdi?
Tramp Putinlə görüşdən əvvəl kimə zəng etdi?

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşdən əvvəl Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Trend-in məlumatına görə, söhbət zamanı Suriyadakı vəziyyət və Rusiya müzakirə olunub.

Liderlər Ankara və Vaşinqtonun Suriyada böhranın həlli üçün Mənbicdə vəziyyətin sabitləşməsi üzrə birgə planının icrasının vacibliyini vurğulayıblar.

Bundan başqa, dövlət başçıları ikitərəfli münasibətlərin möhkəmləndirilməsində qətiyyətli olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, hazırda Helsinkidə ABŞ və Rusiya prezidentləri D.Tramp və V.Putinin görüşü keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti