...

Putin və Tramp danışıqların yekunları üzrə birgə bəyanat qəbul etməyiblər

Dünya xəbərləri Materials 16 İyul 2018 22:43 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqların yekunları üzrə birgə bəyanat qəbul etməyiblər
Putin və Tramp danışıqların yekunları üzrə birgə bəyanat qəbul etməyiblər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqların yekunları üzrə birgə bəyanat qəbul etməyiblər.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbua katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, iki ölkə lideri mətbuat konfransı ilə kifayətləniblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş bu gün Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti