...

Nigeriyada daşqınlar 44 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 17 İyul 2018 06:14 (UTC +04:00)
Nigeriyanın Ktsina ştatında daşqınlar 44 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub
Nigeriyada daşqınlar 44 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Nigeriyanın Ktsina ştatında daşqınlar 44 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Aminu Masari bildirib.

A.Masari deyib: "Suyun səviyyəsi 10 fut artıb, bu əsl təbii fəlakətdir".

Onun sözlərinə görə, 500 ev məhv olub və minlərlə insan evsiz qalıb. Fövqəladə yardımın göstərilməsi üzrə Agentlik zərərçəkənlər üçün zəruri vasitələrlə dolu 13 yük maşını göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti