...

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222-yə çatıb

Dünya xəbərləri Materials 17 İyul 2018 07:07 (UTC +04:00)
Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222-yə çatıb
Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222-yə çatıb

Bakı. Trend:

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222-yə çatıb.

Trend-in məlumatına görə, təbii fəlakətdən 10 gün keçməsinə baxmayaraq daha 20 nəfər itkin düşmüş sayılır. Təxliyə məntəqələrində hələdə 4 min insan qalır.

Zərər dəymiş rayonlarda mağazalar işləmir, suyun verilişində fasilələr yaranıb. Təxliyə məntəqələrinin önündə humanitar yardımın verilməsi üçün yerlər açılıb. Həmçinin könüllülərin qəbulu üzrə məntəqə açılıb.

Qeyd edək ki, iyulun ilk həftəsi Yaponiyanın cənub-qərb və mərkəzi hissəsində güclü leysan yağışları yağıb. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi çaylarda suyun səviyyəsi qalxaraq xeyli ərazini su altında qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti