...

Rusiyada kütləvi zəhərlənmə - Ət məhsullarından

Hadisə Materials 17 İyul 2018 12:52 (UTC +04:00)
Rusiyanın Tuva vilayətində "Şaurma" adlı kafedə kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Rusiyada kütləvi zəhərlənmə - Ət məhsullarından

Bakı. Trend:

Rusiyanın Tuva vilayətində "Şaurma" adlı kafedə kütləvi zəhərlənmə faktı qeydə alınıb. Trend-in məlumatına görə, burada nahardan sonra zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 90-ı keçib.

Regionun ərzağa nəzarət idarəsi zəhərlənmənin keyfiyyətsiz ət məhsulundan olduğunu bildirib.

Qeyd edək ki, zəhərlənənlər arasında 17 azyaşlının olduğu deyilir. Ən yaşlı xəstənin 69 yaşı var.

Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırmalara başlanılıb. Kafeyə keyfiyyətsiz ət məhsullarının 3 regiondan gətirildiyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti