...

İzmirdə güclü meşə yanğını

Dünya xəbərləri Materials 18 İyul 2018 08:19 (UTC +04:00)
İzmirin Bayındır bölgəsində meşə yanğını baş verib.
İzmirdə güclü meşə yanğını

Bakı. Trend:

İzmirin Bayındır bölgəsində meşə yanğını başlayıb.

Trend-in məlumatına görə, Lütuflar kəndi yaxınlığında meşə ərazisində hələ müəyyənləşdirilməmiş səbəbdən baş verən yanğını güclü külək daha geniş əraziyə yayıb.

Hazırda İzmirin Meşə İdarəsinə məxsus bir neçə helikopter və yanğınsöndürən təyyarə yanğının söndürülməsinə cəlb olunub. Manisa Meşə İdarəsi də yanğının şimal sərhədini nəzarət altına almağa çalışır və yanğınsöndümə briqadalarını hadisə yerinə səfərbər edib.

İzmirin Meşə İdarəsinin rəhbəri Şahin Aybalın sözlərinə görə, xilasedicilərin müdaxiləsi nəticəsində, yanğının yaşayış bölgələrinə tərəf sürətlə yayılmasının qarşısı alınıb. Buna baxmayaraq, təhlükə hələ də qalmaqdadır. Ş.Aybal bir neçə saat içində yanğını tamamilə söndürməyə nail olacaqlarına inandığını ifadə etdi.

Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti