...

Türkiyədə fövqəladə vəziyyət başa çatdı

Dünya xəbərləri Materials 19 İyul 2018 09:37 (UTC +04:00)
Türkiyədə fövqəladə vəziyyət başa çatdı.
Türkiyədə fövqəladə vəziyyət başa çatdı

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyədə müddəti 7 dəfə uzadılan fövqəladə vəziyyət rejimi iyulun 19-u saat 01:00-da ləğv olunub.

Trend-in məlumatına görə, rejim ləğv olunduqdan sonra terrorçuluqla mübarizə barədə yeni qanunun qəbul olunacağı gözlənilir.

Ölkə parlamentinin yeni qanun layihəsini yaxın günlərdə müzakirə edəcəyi bildirilir.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdindən sonra elan olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti