...

ABŞ Milli Kəşfiyyatının rəhbəri: KXDR-nın denuklearizasiyasını bir ilə bitirmək olar

Dünya xəbərləri Materials 20 İyul 2018 03:25 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikasının denuklearizasiyasını bir ilə bitirmək olar, lakin çətin ki, bu, bu qədər vaxtda baş versin
ABŞ Milli Kəşfiyyatının rəhbəri: KXDR-nın denuklearizasiyasını bir ilə bitirmək olar

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının denuklearizasiyasını bir ilə bitirmək olar, lakin çətin ki, bu, bu qədər vaxtda baş versin.

Trend-in məlumatına görə, bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts bildirib.

D.Kouts deyib: "Texniki bu mümkündür, amma yəqin ki, bu baş verməyəcək. Pompeo aydın formada bildirib ki, bu, bir qədər vaxt aparacaq. O, daha uzun zaman çərçivəsini müəyyənləşdirib... Bu, çoxlarını düşündüyündən daha çox çətin prosesdir".

Daha əvvəl ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirimişdi ki, Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının əksəriyyətini bir il ərzində məhv etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti