...

ABŞ-ın məxfi xidməti Putinin Trampa hədiyyə etdiyi topu yoxlamadan keçirib

Dünya xəbərləri Materials 21 İyul 2018 21:12 (UTC +04:00)
ABŞ-ın məxfi xidməti Rusiya prezidenti Vladimir Putinin Donald Trampa Helsinki samiiti zamanı hədiyyə etdiyi futbol topunu yoxlamadan keçirib.
ABŞ-ın məxfi xidməti Putinin Trampa hədiyyə etdiyi topu yoxlamadan keçirib

Bakı. Trend:

ABŞ-ın məxfi xidməti Rusiya prezidenti Vladimir Putinin Donald Trampa Helsinki sammiti zamanı hədiyyə etdiyi futbol topunu yoxlamadan keçirib.

Bu barədə Trend "The Associated Press" agentliyinə istinadən xəbər verir.

Təhlükəsizlik xidmətinin nümayəndələri qeyd edir ki, ABŞ prezidentinə hədiyyə edilən bütün əşyalar yoxlamadan keçirilir: "Top çox diqqətlə araşdırmadan keçirilib".

Xatırladaq ki, ABŞ və Rusiya prezidentiləri iyulun 16-da Helsinki şəhərində görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti