...

Almaniyada kütləvi yol qəzası: 4 ölü

Dünya xəbərləri Materials 22 İyul 2018 03:31 (UTC +04:00)
Almaniyada kütləvi yol qəzası baş verib
Almaniyada kütləvi yol qəzası: 4 ölü

Bakı. Trend:

Almaniyada kütləvi yol qəzası baş verib.

Trend-in məlumatına görə, 10 avtomobilin iştirakı ilə baş verən qəzada 4 nəfər ölüb. Qeyd olunur ki, bir neçə nəfər yaralanıb. Qəza-xilasetmə xidmətininin helikopterləri yaralananları xəstəxanaya çatdırıb.

Hadisə Ahorn kommunası və Boksberq şəhəri arasında A81 yolunda baş verib. Qəzanın səbəbləri araşdırılır. Ehtimal olunur ki, qəzaya səbəb yağan yağış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti