...

Rəsmi Ankara: Türkiyə ABŞ-ın tələblərinə tabe olmağa və İrana qarşı sanksiyalara qoşulmağa məcbur deyil

Dünya xəbərləri Materials 24 İyul 2018 18:54 (UTC +04:00)
Türkiyə ABŞ-ın tələblərinə tabe olmağa və İrana qarşı sanksiyalara qoşulmağa məcbur deyil.
Rəsmi Ankara: Türkiyə ABŞ-ın tələblərinə tabe olmağa və İrana qarşı sanksiyalara qoşulmağa məcbur deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyə ABŞ-ın tələblərinə tabe olmağa və İrana qarşı sanksiyalara qoşulmağa məcbur deyil. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Türkiyə əvvəllər də İrana qarşı sanksiyalara qoşulmayıb.

M.Çavuşoğlu həmçinin qeyd edib ki, İran və Türkiyə arasında sıx münasibətlər mövcuddur.

Türkiyəli nazir əlavə edib ki, ABŞ hətta "FETÖ" terror təşkilatının lideri Fətullah Güləni ekstradisiya etsə də, Ankara İrana qarşı sanksiyalara qoşulmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti