...

Ərdoğan: Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq niyyətində deyil

Dünya xəbərləri Materials 25 İyul 2018 20:25 (UTC +04:00)
Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil.
Ərdoğan: Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq niyyətində deyil

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir: "İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir".

R.T.Ərdoğan bildirib ki, Türkiyə və İran arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə də belə olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə proqramı üzrə sazişdən çıxdığını, əvvəl tətbiq olunan bütün sanksiyaların bərpa edildiyini elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti