...

Filippində daşqınlar - 13 ölü

Dünya xəbərləri Materials 31 İyul 2018 01:08 (UTC +04:00)
Filippinin sıx məskunlaşmış Luson adasında daşqınlar nəticəsində azı 13 nəfər həlak olub
Filippində daşqınlar - 13 ölü

Bakı. Trend:

Filippinin sıx məskunlaşmış Luson adasında daşqınlar nəticəsində azı 13 nəfər həlak olub.

Trend-in məlumatına görə, musson yağışları adanın qərb hissəsində tüğyan edir.

Bir nəfərin itkin düşdüyü deyilir. Qeyd olunur ki, ümumilikdə təbiət hadisəsindən 2 milyona yaxın sakin əziyyət çəkib.

Yaxın günlərdə mussonun Luson adasından şimalda yerləşən Mindoro və Palavan adalarına doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Bu bölgələrdə də daşqın və torpaq sürüşmələrinin olacağı istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti