...

Əfqanıstanda BMT-nin əməkdaşı həlak olub

Dünya xəbərləri Materials 1 Avqust 2018 15:43 (UTC +04:00)
Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı olub
Əfqanıstanda BMT-nin əməkdaşı həlak olub

Bakı. Trend:

Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyası bildirib.

Qeyd olunur ki, həmin əməkdaşın həyat yoldaşı 3 il əvvəl Kabildə həlak olmuşdu.

Xatırladaq ki, ötən gün Cəlalabad şəhərində qaçqın və miqrantların işi üzrə departamentə hücum nəticəsində 15 nəfər həlak olmuş, 20-dən çox şəxs yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti