...

Pakistanda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşdu

Dünya xəbərləri Materials 2 Avqust 2018 12:10 (UTC +04:00)
Pakistanın şimalındakı Peşəvər şəhərində məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub
Pakistanda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşdu

Bakı. Trend:

Pakistanın şimalındakı Peşəvər şəhərində məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 24 uşaq xəsarət alıb.

Onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 2 uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti