...

Əfqanıstanda məscid partladıldı - 20 ölü

Dünya xəbərləri Materials 3 Avqust 2018 15:33 (UTC +04:00)
Əfqanıstanın şərqindəki Paktiya əyalətində məsciddə partlayış törədilib
Əfqanıstanda məscid partladıldı - 20 ölü

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Paktiya əyalətində məsciddə partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfər həlak olub, daha 40 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayış iki intiharçı terrorçu tərəfindən törədilib.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti