...

Meksikada "Pemex"in NEZ-i qəza səbəbindən fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 10 Avqust 2018 07:12 (UTC +04:00)
"Pemex"in Meksikanın Salina-Kurs şəhərində yerləşən iri Neft Emalı Zavodu fəaliyyətini dayandırıb
Meksikada "Pemex"in NEZ-i qəza səbəbindən fəaliyyətini dayandırıb

Bakı. Trend:

"Pemex"in Meksikanın Salina-Kurs şəhərində yerləşən iri Neft Emalı Zavodu fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, NEZ-in fəaliyyəti dayandırmasına elektrik verilişi şəbəkələrində qəza səbəb olub.

"Pemex"in nümayəndəsinin sözlərinə görə, hazırda fəaliyyətin bərpası üçün işlər aparılır.

Qeyd edək ki, Salina-Krusda yerləşən zavod "Pemex"in 6 NEZ-in sırasına daxildir və sutka ərzində 238 min barrel neft emal etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti