...

Fransada daşqınlar səbəbindən turistlər helikopterlərlə təxliyə edilib

Dünya xəbərləri Materials 12 Avqust 2018 01:17 (UTC +04:00)
Fransanın cənubunda daşqınlar səbəbindən 1,6 min insan təxliyə edilib
Fransada daşqınlar səbəbindən turistlər helikopterlərlə təxliyə edilib

Bakı. Trend:

Fransanın cənubunda daşqınlar səbəbindən 1,6 min insan təxliyə edilib.

Trend-in məlumatına görə, kempinqlərdə olan 750-yə yaxın turist helikopterlər vasitəsi ilə daha təhlükəsiz yerlərə təxliyə edilib.

Daşqınlar nəticəsində 70 yaşlı almaniyalı turist itkin düşüb.

Fransanın daxili işlər nazirliyi öz "Twitter" səhifəsində bildirib ki, daşqınlar ölkənin 6 rayonunda baş verib. Ən güclü daşqınlar Qar, Ardeş və Drom departamentlərində qeydə alınıb. Hadisə yerlərində xilasedici xidmətlər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti