...

Kanada polisi 4 nəfəri güllələyən şəxsə qarşı ittiham irəli sürüb

Dünya xəbərləri Materials 12 Avqust 2018 04:16 (UTC +04:00)
Kanada polisi Frederikton şəhərində 4 nəfərin ölümü ilə nəticələn silahlı insidentlə əlaqədar şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürüb
Kanada polisi 4 nəfəri güllələyən şəxsə qarşı ittiham irəli sürüb

Bakı. Trend:

Kanada polisi Frederikton şəhərində 4 nəfərin ölümü ilə nəticələn silahlı insidentlə əlaqədar şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürüb.

Trend-in məlumatına görə, 4 nəfəri güllələyərək öldürməkdə şühəli bilinən şəxsin 48 yaşlı Frederikton şəhərinin sakini Metyu Vinsent Reymond olduğu bildirilir.

Polisin məlumatında deyilir: "Metyu Vinsent Reymonda qarşı Frederikton şəhərində iki polis əməkdaşı və iki şəhər sakininin ölümü ilə əlaqədar ittiham irəli sürülüb".

Təqsirləndirilən şəxs avqustun 27-sinə təyin edilmiş məhkəməyə qədər həbsdə qalacaq. Araşdırma dava edir.

Xəbər lenti

Xəbər lenti