...

Dağıstanda 60-dan çox uşaq zəhərləndi

Dünya xəbərləri Materials 13 Avqust 2018 18:09 (UTC +04:00)
Dağıstanda “Spartak” idman düşərgəsində 65 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Dağıstanda 60-dan çox uşaq zəhərləndi

Bakı. Trend:

Dağıstanda “Spartak” idman düşərgəsində 65 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, zəhərlənənlərdən 61 nəfəri uşaqdır.

Qeyd olunur ki, zəhərlənmə düşərgədə bişirilmiş yeməkdən baş verib. Düşərgənin 4 işçisi, o cümlədən aşpaz xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Düşərgədə 200 uşağın istirahət etdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti