...

Rusiya hərbçiləri avqust ərzində Suriyada 16 PUA vurub

Dünya xəbərləri Materials 15 Avqust 2018 05:17 (UTC +04:00)
Rusiya hərbçiləri avqust ayı ərzində Suriyada qanunsuz silahlı birləşmələrin 16 pilotsuz uçuş aparatı vurub
Rusiya hərbçiləri avqust ərzində Suriyada 16 PUA vurub

Bakı. Trend:

Rusiya hərbçiləri avqust ayı ərzində Suriyada qanunsuz silahlı birləşmələrin 16 pilotsuz uçuş aparatı vurub.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.

A.Tsıqankov bildirib: "Ümumilikdə avqustun əvvəlindən İdlib deeskalasiya zonasından buraxılmış qanunsuz silahlı birləşmələrə məxsus 16 pilotsuz uçuş aparatı vurulub".

O, əlavə edib ki, düşmən tərəflərin barışdırılması üzrə Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan imtina etməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti