...

Əfqanıstanda partlayışda ölənlərin sayı 48-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 Avqust 2018 18:42 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə tədris müəssisəsi yaxınlığında partlayış törədilib
Əfqanıstanda partlayışda ölənlərin sayı 48-ə çatıb (YENİLƏNİB)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə tədris müəssisəsi yaxınlığında törədilən partlayışda ölənlərin sayı 48-ə çatıb.

Trend-in məlumatına görə, yaralı sayı isə 67 nəfərə yüksəlib.

x x x

16:47

Əfqanıstanın paytaxtı Kabildə tədris müəssisəsi yaxınlığında partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Partlayışı intiharçı terrorçunun törətdiyi bildirilir. Hələlik partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.

Qeyd edək ki, bu, gün ərzində Əfqanıstanda baş vermiş üçüncü partlayışdır. Səhər saatlarında müxtəlif əyalətlərdə baş vermiş partlayışlar 10 nəfərin həyatını aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti