...

Yaponiyada rekord sayda insan isti hava səbəbindən xəstəxanalıq olub

Dünya xəbərləri Materials 21 Avqust 2018 09:35 (UTC +04:00)
Yaponiyada rekord sayda insan isti hava səbəbindən xəstəxanalıq olub.
Yaponiyada rekord sayda insan isti hava səbəbindən xəstəxanalıq olub

Bakı. Trend:

Yaponiyada bu yay güclü istilər səbəbindən 82 min nəfər xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, aprelin 30-dan indiyədək anomal hava şəraiti ilə əlaqədar ölənlərin sayı 144 nəfərə çatıb.

Bu göstəricilər Yaponiya üçün rekord səviyyədədir.

Təkcə ötən həftə 3669 nəfər xəstəxanaya düşüb. Bu, ötən həftələrlə müqayisədə təqribən iki dəfə azdır. Buna səbəb havanın temperaturunun son günlərdə bir qədər enməsidir.

Günvurma ilə bağlı isə tibb müəssisələrinə 7 mindən çox insan müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti