...

Rusiyada ticarət mərkəzindən 1000 nəfər təxliyə olundu

Dünya xəbərləri Materials 21 Avqust 2018 12:19 (UTC +04:00)
Rusiyanın Yekaterinburq şəhərində ticarət mərkəzlərinin birində tüstülənmə ilə əlaqədar təxminən 1000 nəfər təxliyə olunub
Rusiyada ticarət mərkəzindən 1000 nəfər təxliyə olundu

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində ticarət mərkəzlərinin birində tüstülənmə ilə əlaqədar təxminən 1000 nəfər təxliyə olunub.

Trend-in məlumatına görə, binada işə düşən siqnalizasiya tüstülənməni aşkar etməyə və təxliyəni həyata keçirməyə imkan verib.

Mümkün yanğının qarşısının alınması üçün hadisə yerinə 14 yanğınsöndürmə texnikası və 48 nəfər cəlb edilib.

Hər hansı bir fəsadın və ya xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti