...

Britaniyalı nazir: “Brexit” danışıqları iflasa uğraya bilər

Dünya xəbərləri Materials 21 Avqust 2018 17:48 (UTC +04:00)
Böyük Britaniya ilə Avropa İttifaqı arasında “Brexit” danışıqları iflasa uğraya bilər
Britaniyalı nazir: “Brexit” danışıqları iflasa uğraya bilər

Bakı. Trend:

Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” danışıqları iflasa uğraya bilər.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.

Eyni zamanda o, danışıqların uğurla yekunlaşacağına ümid etdiyini bildirib:

“Mən inanıram ki, yekunda biz saziş imzalayacağıq, amma sazişin əldə olunmaması ehtimalı da artmaqdadır”.

Nazir bildirib ki, “Brexit”lə bağlı razılaşmanın qarşısında duran çətinlik Aİ ölkələrinin yanaşmasıdır:

“Bir tərəfdən onlar Böyük Britaniyaya yaxşı saziş təklif etmək istəyirlər. Digər tərəfdən isə, onlar bu sazişin əldə olunacağı təqdirdə digər ölkələrin Aİ-dən ayrılmaq istəyə biləcəyini düşünür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti