...

Meksikada hərbçilər tonlarla sintetik narkotik aşkar ediblər

Dünya xəbərləri Materials 23 Avqust 2018 08:55 (UTC +04:00)
Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Sinaloa ştatında əməliyyat zamanı metamfetamin olduğu ehtimal edilən 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər.
Meksikada hərbçilər tonlarla sintetik narkotik aşkar ediblər

Bakı. Tural Turan - Trend:

Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Sinaloa ştatında əməliyyat zamanı metamfetamin olduğu ehtimal edilən 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər. Trend-in məlumatına görə, qadağan olunmuş maddə ştatın dağlıq hissəsində yerləşən Los-Sedros rayonu ərazisində tapılıb.

Faktla bağlı kiminsə saxlanılması barədə məlumat yoxdur.

Ötən həftə Sinaloada 50 tona yaxın metamfetamin aşkar olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti