...

Bu gün Moskvada Lavrov və Çavuşoğlu arasında görüş keçiriləcək

Dünya xəbərləri Materials 24 Avqust 2018 05:15 (UTC +04:00)
Bu gün Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş olacaq
Bu gün Moskvada Lavrov və Çavuşoğlu arasında görüş keçiriləcək

Bakı. Trend:

Bu gün Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş olacaq.

Trend-in məlumatına görə, görüş zamanı tərəflər İdlibdəki vəziyyəti, suriyalı qaçqınların qaytarılması, qarşıdakı yüksək səviyyədə əlaqələri, birgə enerji və iqtisadi layihələri, həmçinin milli valyutada qarşılıqlı hesablaşma məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, iki XİN rəhbəri arasında son görüş 10 gün qabaq baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti