...

İspaniyanın Mərkəzi Bankının saytı haker hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 28 Avqust 2018 01:16 (UTC +04:00)
İspaniyanın Mərkəzi Bankının saytı haker hücumuna məruz qalıb
İspaniyanın Mərkəzi Bankının saytı haker hücumuna məruz qalıb

Bakı. Trend:

İspaniyanın Mərkəzi Bankının saytı haker hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, hakerlərin hücumu nəticəsində avqustun 26-dan istifadəçilər saytdan istifadə edə bilmir.

Bildirilir ki, texniki xidmət hücumun nəticələrini aradan qaldırmaq üçün işləməyə davam edir. Mənbələrin sözlərinə görə, hücumun məqsədi Mərkəzi Bankın saytını sıradan çıxarmaq olub.

Qeyd edilir ki, haker hücumu sayta və onun məlumat bazalarına ciddi zərər vurmayıb, həmçinin hər hansı informasiya sızması riski yoxdur.

Hücumun hansı qruplaşma tərəfindən edildiyi hələki müəyyən edilməyib, lakin bəzi məlumatlara görə, onlar "Anonymous" qruplaşmasına aid ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti