...

Qazaxıstanda zəlzələ olub - 5,2 bal

Dünya xəbərləri Materials 31 Avqust 2018 17:18 (UTC +04:00)
Zəlzələ Almatıdan 53 kilometr cənub-şərqdə qeydə alınıb.
Qazaxıstanda zəlzələ olub - 5,2 bal

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qazaxıstanda 5.2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ Almatıdan 53 kilometr cənub-şərqdə qeydə alınıb.

Təkanların dərinliyi 15 kilometr olub. Almatıda zəlzələ 4 bal gücündə hiss edilib.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti