...

Makron Merkel ilə baş tutacaq danışıqların mövzularını açıqlayıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2018 02:19 (UTC +04:00)
Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkel ilə danışıqlardan əvvəl müzakirə olunacaq mövzuları açıqlayıb
Makron Merkel ilə baş tutacaq danışıqların mövzularını açıqlayıb

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkel ilə danışıqlardan əvvəl müzakirə olunacaq mövzuları açıqlayıb.

Trend-in məlumatına görə, Fransa prezidenti bildirib ki, tərəflər miqrasiya, Brexit, təhlükəsizlik və birgə beynəlxalq siyasət məsələlərini müzakirə edəcəklər.

E.Makron deyib: "Biz bir sıra məsələlər üzrə fikir mübadiləsi və gələcəyi hazırlamaq üçün buradayıq. Günün sonunda iyun ayında Mezerberqdə qəbul etdiyimiz birgə planın tətbiqini hazırlaya biləcəyik. Bundan əlavə, əsas aktual çağırışlara aid olan məsələləri, o cümlədən miqrasiya məsələsini hazırlaya biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti