...

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Dünya xəbərləri Materials 11 Sentyabr 2018 09:47 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib.
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib. Trend-in məlumatına görə, ABŞ liderinin qərarı yaxınlaşan "Florens" qasırğası ilə əlaqədardır.

Bildirilir ki, Cənubi Karolinada artıq əhalinin təxliyəsi başlayıb, 1 milyona yaxın sakinin təxliyəsi nəzərdə tutulur.

Qeyd edək ki, artıq dünən"Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.

Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti