...

Polis rəisinin istefasını tələb edən etirazçıları partlatdılar - 15 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Sentyabr 2018 14:14 (UTC +04:00)
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində etiraz aksiyası zamanı partlayıcı qurğu işə salınıb
Polis rəisinin istefasını tələb edən etirazçıları partlatdılar - 15 ölü (YENİLƏNİB)

İlk xəbər saat 13:36-da yayımlanıb

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində etiraz aksiyası zamanı partlayıcı qurğu işə salınıb.

Trend-in məlumatına görə, partlayışı intiharçı-terrorçu törədib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər həlak olub və onlarla etirazçı yaralanıb. İtkilərin dəqiq sayı hələlik məlum deyil.

Qeyd olunur ki, etirazçılar yerli polis rəisinin istefası tələbi ilə aksiya keçirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti