...

İran rəsmisi: ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2018 20:32 (UTC +04:00)
ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək
İran rəsmisi: ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək

Bakı. Trend:

ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək.

Trend-in məlumatına görə, bunu İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur deyib.

H.Kazımpur bildirib ki, dünyada İranın payını əvəz edəcək kifayət qədər alternativ mənbə mövcud deyil:

“Təklifin çatışmazlığı ABŞ-a İranın neft ixracını sıfıra endirməyə imkan verməyəcək”.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaları bərpa etmişdi. İranın enerji sektoruna tətbiq olunan sanksiyalar noyabrın 4-də qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti