...

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə qədər artıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2018 13:39 (UTC +04:00)
ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.
ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə qədər artıb

Bakı. Tural Turan - Trend:

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb. Trend-in məlumatına görə, daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür.

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Minlərlə insan elektrik enerjisindən məhrum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti