...

Ərdoğan Qətər əmirinin 500 milyonluq hədiyyəsindən danışdı

Dünya xəbərləri Materials 17 Sentyabr 2018 16:07 (UTC +04:00)
Qətər əmiri Türkiyəyə 500 milyonluq təyyarə hədiyyə edib.
Ərdoğan Qətər əmirinin 500 milyonluq hədiyyəsindən danışdı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qətər əmiri Türkiyəyə 500 milyonluq təyyarə hədiyyə edib.

Trend-in məlumatına görə, Qətər əmiri Tamim ibn Xamad Adil Tani Türkiyəyə 500 milyon dollarlıq, dəbdəbəli Boeing 747-8 hədiyyə edib.

R.T.Ərdoğan jurnalistlərə açıqlamasında yayılan xəbəri təsdiqləyib. O, Azərbaycandan qayıdarkən təyyarəsində deyib:

“Həmin təyyarə bir müddət idi ki, satışa çıxarılmışdı. Bizim təyyarə ilə maraqlandığımızı öyrənən Qətər əmiri, onu şəxsən mənə deyil, Türkiyəyə hədiyyə edib. Hazırda təyyarənin üzərində rəngləmə işləri gedir. İşlər tamamlanandan sonra o, uçuşa buraxılacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatında sözügedən təyyarənin R.T.Ərdoğanın özünə hədiyyə olunduğu deyilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti