...

Liviyada toqquşma - 11 ölü

Dünya xəbərləri Materials 21 Sentyabr 2018 17:54 (UTC +04:00)
Liviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında toqquşmalar qeydə alınıb
Liviyada toqquşma - 11 ölü

Bakı. Trend:

Liviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında toqquşmalar qeydə alınıb.

Trend-in məlumatına görə, toqquşmalar nəticəsində 11 nəfər həlak olub.

Bundan başqa, 30-dan çox şəxsin yaralandığı bildirilir. Ölən və yaralananların böyük əksəriyyəti dinc sakinlər olub.

BMT-nin hesabatına əsasən, avqust ayının sonlarına Tripolidə müxtəlif qruplaşmalar arasında qeydə alınmış toqquşmalarda 96 nəfər həlak olub, yaralıların sayı isə 400 nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti