...

Ruhani: ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri çox təhlükəli ola bilər

Dünya xəbərləri Materials 25 Sentyabr 2018 04:34 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Tehranla danışıqlar aparmaq niyyətindədirsə, o İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına qayıtmalıdır.
Ruhani: ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri çox təhlükəli ola bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Tehranla danışıqlar aparmaq niyyətindədirsə, o İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına qayıtmalıdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nyu-Yorkda Amerika KİV-lərinin nümayəndələri ilə görüşü zamanı deyib.

Ruhani bildirib: "Tramp İrana və İran xalqına qarşı bir neçə səhv addım atıb. O, səbəbsiz olaraq İran xalqına hədə-qorxu gəlib və gəlir, bizim daxili işlərimizə qarışır. Buna görə də, hər hansı bir danışıqdan öncə, bu səhvləri aradan qaldırmaq lazımdır".

İran prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın İranı neft satmaq haqqından məhrum etmək cəhdləri "təkcə qeyri-real deyil, həmçinin çox təhlükəli ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti