...

Yunanıstanda miqrantlar düşərgəsində iğtişaşlar baş verib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 30 Sentyabr 2018 01:26 (UTC +04:00)
Yunanıstanın Malakas miqrasiya mərkəzində miqrantlar arasında toqquşmalar baş verib
Yunanıstanda miqrantlar düşərgəsində iğtişaşlar baş verib, ölən və yaralananlar var

Bakı. Trend:

Yunanıstanın Malakas miqrasiya mərkəzində miqrantlar arasında toqquşmalar baş verib.

Trend-in məlumatına görə, suriyalı və əfqanıstanlı miqrantlar arasında toqquşmalar sentyabrın 28-i baılayıb və 29-u dava edib.

Məlumata əsasən, toqquşmalar nəticəsində 1 suriyalı miqrant vəhşicəsinə döyülüb və dünyasını dəyişib. Daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda günahkarların tapılması üçün polislər tərəfindən araşdırma aparılır. İnsidentin səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti