...

Yaponiyada "Trami" tayfunu nəticəsində 47 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2018 08:10 (UTC +04:00)
Yaponiyada 47 nəfər "Trami" tayfunu nəticəsində xəsarət alıb
Yaponiyada "Trami" tayfunu nəticəsində 47 nəfər xəsarət alıb

Bakı. Trend:

Yaponiyada 47 nəfər "Trami" tayfunu nəticəsində xəsarət alıb.

Trend-in məlumatına görə, ölkənin cənub-qərbində 500 minə yaxın yaşayış evi elektrik enerjisiz qalıb. Yerli hökümət insanları evlərdən çıxmamağa çağırır.

Torpaq sürüşmələrinin yaranma təhlükəsi ilə bağlı dağlıq rayonlarda yaşıyan 10 minlərlə sakin təxliyə barədə tövsiyə alıb.

Bundan əlavə, Kansay hava limanının 2 uçuş-eniş zolağı oktyabrın 1-dək bağlanıb, ölkənin cənubunda və cənub-qərbində bərə əlaqəsi dayandırılıb.

Hazırda tayfun "Trami" Yaponiyanın qərb regionu Kansaya yaxınlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti