...

Malayziyanın 93 yaşlı Baş naziri: Pensiya yaşı 95-dək artırılacaq

Dünya xəbərləri Materials 1 Oktyabr 2018 12:25 (UTC +04:00)
Təkcə əzələləri deyil, beyni də məşq elətdirmək lazımdır.
Malayziyanın 93 yaşlı Baş naziri: Pensiya yaşı 95-dək artırılacaq

Bakı. Trend:

Malayziyanın 93 yaşlı Baş naziri Mahathir Məhəmməd zarafatla bildirib ki, ölkədə pensiya yaşı 95-dək artırılacaq.

Trend-in məlumatına görə, Baş nazir Londonda həmvətənləri ilə görüşündə deyib: "Malayziyada pensiyaya çıxma yaşı artıq 95-dir. Ümid edirəm ki, pensiya yaşıma çatacağam".

Auditoriya onun çıxışını gülüşlə qarşılayıb. Bununla belə, M.Məhəmməd uzun müddət kürsüdə qalmaq istəmədiyini vurğulayıb: "Belə aktiv qalmağıma iş kömək edir. Xəstəlik öldürür, amma iş öldürmür. Təkcə əzələləri deyil, beyni də məşq elətdirmək lazımdır".

Qeyd edək ki, Malayziyada pensiya yaşı 60-dır, lakin ekspertlər səviyyəsində bu həddin 62 yaşadək artırılması imkanları müzakirə olunur.

Xatırladaq ki, M.Məhəmməd 2018-ci il mayın 9-da keçirilən seçkilər nəticəsində Malayziyada hakimiyyətə gəlib. Onun rəhbərlik etdiyi "Barisan Nasional" (Milli Cəbhə) koalisiyası Malayziya Böyük Britaniyadan ayrılıb müstəqil olandan düz 60 il ölkəni idarə edib.

M.Məhəmməd bundan əvvəl də – 1981-ci ildən 2003-cü ilədək Baş nazir vəzifəsində çalışıb. Bir çoxları ölkənin çiçəklənməsini onun hakimiyyət dövrü ilə əlaqələndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti