...

Pompeo Kim Çen In ilə danışıqlar üçün Pxenyana səfərə gəlib

Dünya xəbərləri Materials 7 Oktyabr 2018 14:15 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyana səfərə gəlib
Pompeo Kim Çen In ilə danışıqlar üçün Pxenyana səfərə gəlib

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyana səfərə gəlib.

Trend-in məlumatına görə, dövlət katibinin KXDR lideri Kim Çen Inla görüşü baş tutacaq. Tərəflər Koreya yarımadasının denuklearizasiyasını müzakirə edəcəklər.

KXDR lideri ilə görüşdən sonra M.Pompeo Cənubi Koreyaya yollanacaq və prezidenti Mun Çje İn və xarici işlər naziri Kan Qön Xva ilə görüşəcək.

Bundan sonra M.Pompeo oktybarın 8-i Pekinə səfər edəcək və hökümət nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, bu səfər ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana 4-cü səfəridir. Bundan əvvəl dövlət katibi aprel, may və iyul aylarında Pxenyana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti