...

Hindistanda sərnişin qatarı relsdən çıxıb: 6 ölü, 35 yaralı

Dünya xəbərləri Materials 10 Oktyabr 2018 08:32 (UTC +04:00)
Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb
Hindistanda sərnişin qatarı relsdən çıxıb: 6 ölü, 35 yaralı

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Deliyə gedirmiş.

Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya açtdırılıb. Bildirilir ki, ölnlərin sayı arta bilər.

Qatarın relsdən çıxmasının səbəbi hələki məlum deyil. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti