...

Ağ Ev: ABŞ keşiş Bransonun azadlığa buraxılmasını alqışlayır

Dünya xəbərləri Materials 13 Oktyabr 2018 07:16 (UTC +04:00)
ABŞ Türkiyə məhkəməsi tərəfindən keşiş Endryu Bransonun azadlığa buraxılmasını alqışlayır
Ağ Ev: ABŞ keşiş Bransonun azadlığa buraxılmasını alqışlayır

Bakı. Trend:

ABŞ Türkiyə məhkəməsi tərəfindən keşiş Endryu Bransonun azadlığa buraxılmasını alqışlayır.

Trend-in Ağ Evə istinadən verdiyi məlumata görə, ABŞ Türkiyə ilə qarşılıqlı maraq doğuran məsələlərin həlli üzərində birgə işləməyə davam etməyə hazır olduğunu bildirib.

Ağ Evin yaydığı məlumatda deyilir: "Birləşmiş Ştatlar keşiş Endryu Bransonun azad edilməsini alqışlayır. Biz onun evə dönməsini gözləyirik. O, ailəsi ilə görüşəcək <...> ABŞ və Türkiyənin regional təhlükəsizlik və sabitlik sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələləri var, və biz gözləyirik ki, onların həlli üzərində birlikdə işləyəcəyik".

Qeyd edək ki, ötən gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib. məhkəmə ona 3 il 1 ay 15 gün şərti cəza kəsilməsi haqqında qərar qəbul edib. Eləcə də məhkəmənin qərarına görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti