...

Yaponiya xaricdə ilk daimi hərbi baza yaratmaq istəyir

Dünya xəbərləri Materials 15 Oktyabr 2018 17:31 (UTC +04:00)
Yaponiya hökuməti ilk dəfə olaraq xaricdə daimi hərbi baza yaratmaq niyyətindədir.
Yaponiya xaricdə ilk daimi hərbi baza yaratmaq istəyir

Bakı. Trend:

Yaponiya hökuməti ilk dəfə olaraq xaricdə daimi hərbi baza yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu hərbi bazanın Cibutidə, Qırmızı dənizə çıxışda yerləşdiriləcəyi planlaşdırılır.

"Sankei Shimbun" qəzeti Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır ki, Yaponiya hökuməti Cibutidə baza yaradılmasını Şərqi Asiyadan Avropaya strateji vacib dəniz yollarına çevrilmiş bu regionda iştirakını genişləndirməyə çalışan Çinə qarşı müqavimət vasitəsi kimi nəzərdən keçirir.

Hazırda Yaponiya Silahlı Qüvvələrinin Cibutidə dayaq məntəqəsi var. Bu məntəqədən Somali piratlarının həmləsinin qarşısının alınması əməliyyatlarında iştirak edən Hərbi Dəniz Qüvvələrinin esminesi və iki patrul təyyarəsi istifadə edir. Tokio bu obyekti genişləndirmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti